Azərbaycan bu il avtomobil idxalını 6 dəfə azaldıb

Azərbaycan bu il avtomobil idxalını 6 dəfə azaldıb

                      
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin idxalı 13 dəfə azalıb
 
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 3 454 ədəd avtomobil idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2015-ci illə müqayisədə 17 693 ədəd yaxud 83,67% (6,1 dəfə) azdır.
Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 632 ədəd yaxud 92,13% (12,7 dəfə) azalaraq 54 ədəd olub.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 840 ədəd yaxud 84,16% (6,33 dəfə) azalaraq 2 981 ədədə düşüb.
DGK-nın hesabatında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-cü ilin ilk 8 ayına nisbətən 1 095 ədəd yaxud 76,20% (4,2 dəfə) azalaraq 342 ədədə enib.
Qurum, həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-cü ilə nisbətən 2016-cı ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 126 ədəd yaxud 62,07% (1,61 dəfə) azalaraq 77 ədədə bərabər olub. /

Google+ WhatsApp ok.ru