Azərbaycanda yükdaşıma bahalaşıb 07 Oktyabr 2016 01:00 İqtisadiyyat Bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb. (apa) / Teqlər : #Azərbaycanda yükdaşıma bahalaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR Dolların Bazar ertəsinə olan qiyməti açıqlandı