Azərbaycan bir sıra ölkələrdə ticarət nümayəndəlikləri yaradacaq

Azərbaycan bir sıra ölkələrdə ticarət nümayəndəlikləri yaradacaq

Azərbaycan ticarət nümayəndəlikləri institutunun yaradılmasını planlaşdırır.
 
Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
 
Nazirin sözlərinə görə, yaxın zamanlarda Azərbaycan Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəlikləri yaradacaq:
 
"İlin sonunadək Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələrimizi təyin edəcəyik. Onlar Azərbaycanın bu ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşları statusu alacaqlar".
 
Ş.Mustafayev əlavə edib ki, ixracın təşviqi üçün Azərbaycanda belə institutun yaradılması çox mühümdür. /

Google+ WhatsApp ok.ru