Azərbaycan Rusiyaya əsas pomidor ixracatçılarından birinə çevrilib

Azərbaycan Rusiyaya əsas pomidor ixracatçılarından birinə çevrilib

2016-cı ilin ilk doqquz ayı ərzində Azərbaycan Rusiyaya pomidor ixrac edən ölkələr arasında ikinci yerdədir. Trend-in məlumatına görə, bu məlumat “İzvestiya” qəzetində yer alıb.
 
Bu dövrdə Azərbaycan Rusiyaya 86 min ton pomidor ixrac edib. Bu, 2015-ci ilin ilk doqquz ayı ərzində qeydə alınan göstəricidən 56 faiz çoxdur.
 
Rusiyaya ən çox pomidor ixrac edən ölkə isə Mərakeş olub. Bu ölkədən Rusiyaya 89 min tona yaxın pomidor ixrac olunub. İlk üçlüyü 68 min ton göstərici ilə Çin bağlayıb. /

Google+ WhatsApp ok.ru