Azərbaycana avtomobil idxalı 6 dəfə azalıb 16 Noyabr 2016 02:00 İqtisadiyyat Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4 349 ədəd avtomobil idxal olunub. Maide.Az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 19 870 ədəd avtomobil və ya 5,57 dəfə azalıb. Ölkəyə gətirilən avtomobillərin 75 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 775 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 419 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 80 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. / Teqlər : #Azərbaycana avtomobil idxalı 6 dəfə azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hava və su kimi kreditlər... Ət idxalı 113, çay idxalı isə 190 faiz artıb