Azərbaycanın torpaq bazarında çöküş?

Azərbaycanın torpaq bazarında çöküş?

«Exo» qəzetində «Azərbaycanın torpaq bazarında çöküş?» sərlövhəli məqalədə bu sahədə durum ekspert Rəşad Əliyevlə müzakirə edilir.
 
«Azərbaycan vətəndaşlarının torpaq sahələrinə marağı itib. Tikinti materiallarının bahalaşması üzündən ev inşası baha başa gəlir və buna görə də bu sahədə tənəzzül başlayıb»,- deyə ekspert qəzetə bildirib.
 
Yazıda torpaq bazarında sükutun yaranmasına bir başqa səbəb kimi də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi göstərilir.
 
Ekspert deyib ki, torpaq sahələri 2016-cı ildə manatla ifadədə 10 faiz ucuzlaşıb.
 
R.Əliyev hesab edir ki, əvvəllər mənzil almaqdansa ev tikmək rentabelli idi. İndi isə əksinədir: «Son vaxtlar tikinti materiallarının qiymətlərində bahalanma nəzərə alınsa, demək olar ki, ev inşası bahalı məşğuliyyətə dönüb».
 
Ekspertin fikrincə, torpaq bazarındakı indiki durum arzuolunan deyil. Onun bildirməsinə görə, milli valyutanın devalvasiyası, alıcılıq qabiliyyətinin aşağı düşməsi, qiymətlərin bahalığı 2016-cı ildə ölkə cəmiyyətinin üzləşdiyi əsas problemlərdir.
 
R.Əliyev qeyd edib ki, keçən il bir çox vətəndaşlar mənzillərin qiymətləri endiyindən kapitallarını yastığın alında saxlamaqdansa, daşınmaz əmlaka yatırıblar. Amma o, vurğulayıb ki, 2017-ci ildə belə vətəndaşların sayı kəskin şəkildə azalıb.(azadliq.org)
 
 

Google+ WhatsApp ok.ru