Azərbaycan Yaxın Şərqə ət məhsulları ixracını artırır 18 Oktyabr 2017 01:00 İqtisadiyyat 2017-ci ildə Gömrük Komitəsi ilk dəfə hesabatında Azərbaycanın ət, ət məhsulları, hətta mal-qara ixracını artırması barədə məlumat verib. 2017-ci ilin I yarısında diri çəkidə $907 min məbləğində mal ixrac edilib. Bu, 2016-cı ilin eyni dövründəkindən ($236,5 min) 384% çoxdur. Ət və ət məhsulları ixracı 2017-ci ilin I yarısında $159,8 min olub. Bu, 2016-cı ilin eyni dövründəkindən ($53,4 min) 299% çoxdur. Süd məhsulları, yumurta və bal ixracında (2016-cı ilin 6 ayında $788,8 min, 2017-ci ilin 6 ayında $3806,5) 489% artım olub. Azərbaycanın ət və süd məhsullarının əsas idxalçıları Körfəzin ərəb ölkələri olub. Qətərin Lulu Group International şirkətinin direktoru Məhəmməd Altaf bildirib ki, Qətərin iqtisadi blokadasına qədər ölkə biznesmenləri Azərbaycan və qonşu ölkələrdən məhsul idxalı ilə maraqlanmayıb. "Amma hazırda Azərbaycan və qonşu ölkələr İranın razılığı ilə Bəndər Abbas limanına çıxa bilir. Bu, limandan Qətərə malı 24 saata çatdırmağa imkan verir ", - deyə Altaf bildirib.(contact) Teqlər : #Azərbaycan Yaxın Şərqə ət məhsulları ixracını artırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yanvar-sentyabr aylarında Azərbaycanda yük daşımaları 2 faiz artıb ''Ölkədə hər 3 nəfərdən birininin problemli krediti var''