AZAL ilk endirimli reysini reallaşdırdı- 99 avro

Avqustun 7-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Antalya-Bakı aşağı büdcəli reysi (“lou-kost”) üzrə ilk uçuşu həyata keçirilib. 
 
 
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.
 
Bu gündən etibarən Bakı-Antalya-Bakı reysi üzrə uçuşlar həftədə 3 dəfə təşkil ediləcək. Bakı-Antalya-Bakı aşağı büdcəli reyslərinə biletlərin satışına iyulun 24–dən başlanılıb, iki gün ərzində isə avqustun 7-si reysinə bütün biletlər satılıb.
 
Qeyd edək ki, AZAL daha çox tələbatın olduğu marşrutlar - Bakı-İstanbul-Bakı reysi üzrə sentyabrdan başlayaraq hər gün 1 uçuş, Bakı-Moskva-Bakı istiqaməti üzrə oktyabrdan başlayaraq hər gün 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə 1 uçuş olmaqla aşağı büdcəli reysləri də həyata keçirəcək.

Google+ WhatsApp ok.ru