`Azercell`in səhmləri `Turkcell`in nəzarətinə keçə bilər

Türkiyənin «Turkcell» şirkəti region ölkələrindəki mobil operatorların sahibi olan “TeliaSonera”nın səhmlərini bütünlüklə almaq istəyir. Bu barədə şirkəti CEO-su Kaan Terzioğlu bildirib. Xatırladaq ki. hazırda «Turkcell» şirkəti “TeliaSonera”nın səhmlərinin 41,45%-ə sahibdir. İndi isə türk şirkəti səhmlərin qalan 58,5%-ni almaq istəyir. Artıq bununla bağlı danışıqlara başlayıb. Xatırladaq ki, hazırda Azərbaycanın ən böyük mobil operatoru sayılan «Azercell»in səhmlərinin bir hissəsi də “TeliaSonera”ya məxsusdur. «Turkcell» şirkətinin niyyəti baş tutsa, «Azercell»in həmin səhmləri «Turkcell»in nəzarətinə keçəcək.

Google+ WhatsApp ok.ru