Bəzi banklar dollar satışı limitini azaltdı - MƏBLƏĞLƏR

Bəzi banklar dollar satışı limitini azaltdı - MƏBLƏĞLƏR

Bu gün, yəni sentyabr ayının 16-da ölkə üzrə 27 bank dollar satışı həyata keçirib. Fins.az-ın araşdırmasına görə, bankların böyük hissəsi xarici valyutaları limitsiz satır. 11 bank isə hələ də 100-1000 dollar limitlə satış həyata keçirir. Bəzi banklar bu gün dollar satışı ilə bağlı limitə dəyişiklik ediliblər.
 
“Yapı Kredi Bank (Azərbaycan)” bu gündən etibarən xarici valyuta satışı üzrə limiti 1000 manatdan 300 manata qədər azaldıb.  “Zıraat Bank (Azərbaycan)” isə sentyabrın 15-nə qədər limitsiz  satış həyata keçirsə də, bu gün xarici valyuta satışına 500 dollar limit qoyub.
 
“Unibank” isə nəhayət ki, dollar satışı üzrə limiti artırıb. Bankdan fins.az-a verilən məlumata görə, bu gündən etibarən xarici valyuta satışı üzrə limit 100 dollardan 300 dollara kimi artırılıb. Müştərilərə eyni zamanda  300 dollar ekvivalentində digər valyutalar da təklif edilir. 
 

Google+ WhatsApp ok.ru