Baha istirahət, kasıb vətəndaş

Baha istirahət, kasıb vətəndaş

-- Bayramlar və Azərbaycan vətəndaşlarının kasıbyana istirahəti

"Exo" qəzetində diqqəti "Bayramlar və Azərbaycan vətəndaşlarının kasıbyana istirahəti" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif Azərbaycan əhalisinin istirahət etməsi mənasında Novruz tətillərinə az qalmasını, "istirahət üçün hara gedək?" sualı və bunun doğurduğu nəticələri ekspertlərlə müzakirəyə çıxarır.
 
Müəllif deyir ki, turist səfərləri üçün vətəndaşların büdcəsi olduqca məhduddur, ölkə daxilində belə turizm qiymətləri baha olduğu üçün bu mənada da cavab mənfi olacaq.
 
"Son illərin müşahidələri göstərir ki, Azərbaycan vətəndaşlarının Novruz tətillərində xaricə getmələri azalıb və daha çox ölkənin regionlarında dincəlməyə üstünlük verirlər. Bu hal son illərdə manatın devalvasiyasından irəli gələrək, yaşayış, qidalanma, bilet alınması kimi səyhət xərclərinin azı iki dəfə bahalanması ilə bağlıdır. Ölkənin regionlarında istirahətə gəlincə, bu istiqamətdə təklif artıb, amma qiymət siyasəti həddən artıq bahadır və bir çox vətəndaşların cibinə uyğun deyil". Bu sahədə durumu qəzetə Azərbaycan Turizm Universitetinin professoru Bahadur Bilalov belə şərh edib.
 
Digər ekspert Nəriman Ağayev Novruz tətillərində Bakı sakinlərinin 30%-nin istirahət üçün ölkənin Qusar, Quba, Şamaxı və İsmayıllı kimi bölgələrinə səfər edəcəklərini düşünür: "Kimin bağ evi varsa, bayramı orada keçirəcək, kimsə vəsaiti olmaması üzündən evdə olacaq. İstirahət hətta ölkənin içində belə bahadır. 3-4 nəfərlik ailənin ölkə daxilində bir neçə günlük istirahəti 2 min manata başa gələcək. Ümumiyyətlə isə, bir çox məşhur istirahət məkanlarının, beşulduzlu otellərin müəyyən etdikləri qiymətlər göstərdikləri xidmətə uyğun deyil".
 
Müəllif isə ölkə əhalisinin istirahətə maddi baxımdan imkanı olmaması fonunda Azərbaycan Mədəniyyət və Turizm Nazrilyinin Azərbaycanda turizmin inkişafı ilə bağlı infrastrukturu gücləndirdiyini vurğulayır və deyir ki, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirliklərinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin təklifi əsasında Nazirlər Kabineti 2016-cı ildə
 
"Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonası"nın yaradılması ilə bağlı qərar qəbul edib.
 
Bu qərara əsasən, Xızı rayonunda 7969,22 ha, Siyəzən rayonunda 1436544 ha, Şabran rayonunda 25833,78 ha, Xaçmaz rayonunda 33 832,40 ha sahələr ayrılıb.
 
Bu turist zonasının 2017-2018-ci il üçün fəaliyyət planı təsdiq edilib, zonanın idarəetmə Şurasına isə yerli icra hakimiyyətlərinin, habelə özəl sahənin təsmilçiləri daxil ediliblər.(contact.az)
 

Google+ WhatsApp ok.ru