Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2-3 aya tamamlanacaq 23 Yanvar 2017 02:00 İqtisadiyyat Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası layihəsinin icrasının tamamlanması və yolun istismara hazır olacağı tarix açıqlanıb. "Report"un Türkiyənin "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan açıqlama verib. "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikinti işlərinin bitməsinə iki ay qalıb. Hazırda ərazidə iş fəal surətdə gedir. Lakin qış mövsümünün çətinliklərini nəzərə alaraq, etiraf etməliyəm ki, BTQ çərçivəsində işlərin cari ilin mart-aprel aylarında yekunlaşdırılması nəzərdə tutulub", - deyə türkiyəli nazir əlavə edib. / Teqlər : #BakıTbilisiQars dəmir yolu layihəsi 23 aya tamamlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qızıl 4 dollara yaxın bahalaşıb Azərbaycanın idxalında yeyinti məhsullarının payı artıb