Bakı-Tbilisi-Qars dəmiryolu iyunda açılacaq

Bakı-Tbilisi-Qars dəmiryolu iyunda açılacaq

Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmiryolunun iyunda açılacağını xəbər verib. Arslan Qarsdan qərbə doğru gedən qatar yükünün Qaradənizə də getməsinin önəmli olduğuna işarə edərək deyib:
 
“Qarsdan qərbə gedən qatar yükünün Qaradənizə də getməsi lazımdır. Bu səbəbdən Kırıkkale, Çorum, Samsun, Ərzincandan Trabzona əlaqə qurulacaq.
 
Ərzincandan cənuba, Sivasdan cənuba, yəni Elazığ, Malatya, Diyarbakır, Mardinə də enən dəmiryolu şəbəkələri inşa ediləcək. Bunlar bir-birini tamamlayacaq. Bunlar bizim üçün də, ölkəmiz üçün də çox əhəmiyyətlidir.
 
Bu layihələrin ən əhəmiyyətli halqalarından biri də Londondan qalxan bir qatarın Pekinə gedə bilməsi üçün Bakı-Tbilisi-Qars (BTK) dəmiryolu layihəsi. Bu layihə bölgəmiz və Qars üçün çox önəmlidir. İnşallah, iyunda istifadəyə veriləcək”. (azadliq.info) /

Google+ WhatsApp ok.ru