Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində ilk sınaq keçirilib

Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində ilk sınaq keçirilib.
 
Nəqliyyat Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsində dekabrın 26-da sınaq kimi ilk qatar hərəkətə buraxılıb.
 
Tədbirdə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin rəhbərliyi, tikintini aparan “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak ediblər.
 
Sınaq uğurla keçirilib və qatar sərhəd stansiyasına çatıb. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir.
 
Layihə 2015-ci ilin sonunda başa çatdırılmalıdır./

Google+ WhatsApp ok.ru