Bakıda Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib 03 Sentyabr 2014 01:00 Siyasət Bu gün Azərbaycan prezidentinin iqamətgahında ölkəyə rəsmi səfərə gələn Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti türkiyəli həmkarını qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə də raport verdikdən sonra iki ölkənin dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan dövlət və hökumət nümayəndələri R. T. Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Prezidentlər rəsmi foto çəkdiriblər. Daha sonra prezidentlər arasında təkbətək görüş başlayıb. Teqlər : #Bakıda Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərdoğanın Azərbaycana səfəri öncəsi təxribat Müxalifət müdafiə sammiti keçirdi
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video