BakıKartı onlayn yükləmək mümkün olacaq

BakıKartı onlayn yükləmək mümkün olacaq

Sərnişinlər BakıKartın avtomatik yüklənməsindən istifadə edəcəklər
 
İlin sonunadək Bakı ictimai nəqliyyatının bütün istifadəçilərinə "BakıKart" nəqliyyat kartlarını onlayn yükləmək imkanı veriləcək.
 
Bu barədə "BakıKart"dan məlumat verilib.
 
Bildirilir ki, təcrübədə "BakıKart" nəqliyyat kartlarının avtomatik yüklənməsi bu şəkildə baş verir: "Şirkətlər işçiləri üçün müəyyən sayda gediş kartları alırlar və hər ay onların balansına şirkət tərəfindən məbləğ köçürülür. Yüklənmiş məbləğ avtomatik olaraq kartın balansına yüklənir, bundan sonra sərnişin onu "BakıKart"ın yüklənməsi üçün aparatlardakı oxuyucu qurğuda aktivləşdirir". (trend) /

Google+ WhatsApp ok.ru