Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 3 faiz  azalıb

Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 3 faiz azalıb

 
 Bu ilin yanvar-iyul ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 125,3 mln. nəfər olub.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır.
 
Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,8%-i metronun payına düşür. /

Google+ WhatsApp ok.ru