Bakı niyə Saakyanın həyasız ifadələrini diqqətdən kənarda qoyub?

Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb, deyə Qarabağ separatçılarının lideri Bako Saakyan noyabrın 12-də Moskvada keçirilən mətbuat konfransında bildirib. Onun Rusiya paytaxtına gəlməsi “Moskvada Artsax günləri”nə həsr edilib.
 
Daha sonra o bildirib ki, artıq bir sıra Avropa və Amerika şəhərləri və ştatları Qarabağın müstəqilliyini tanıyıb. Dövlətlər tərəfindən tanınmağa gəlincə, bu, zaman məsələsidir, deyə o bildirib.
 
Dost Rusiyanın paytaxtında bu qədər təhrikedici bəyanatlardan bir gün keçməsinə baxmayaraq, rəsmi Bakı qeyri-adi susqunluğunu davam etdirir. Amma Saakyan və ya separatçılardan başqa biri Fransaya və ya ABŞ-a getdikdə Azərbaycan XİN bu ölkələrdən separatçıları niyə qəbul etməsi və hansı əsaslarla danışıqlar prosesinə xələl gətirdikləri və ATƏT-in Minsk Qrupunun fəaliyyətini pozduqları barədə izahat tələb edir. Baxmayaraq ki, nə Parisdə, nə Amerikada və Londonda Saakyan belə həyasız ifadələr səsləndirməyib.(Contact)

Google+ WhatsApp ok.ru