Bakının hansı ərazisində torpağın qiyməti ucuzdur?

2014-cü ilin dekabr ayında Bakının əmlak bazarında cəmi 248 torpaq sahəsi təklif edilib.
 
Maide.az xəbər verir ki, bu barədə məlumat MBA Consulting şirkətinin hesabatında yer alır.
 
Hesabatda göstərilir ki, belə azalma torpaq bazarında qiymətlərin aşağı düşməsi ilə əlaqədardır.
 
Məlumatda qeyd olunur ki, satılan torpaq sahələrinin miqdarı əvvəlki ayla müqayisədə 2.35% artıb. Dekabr ayında bir sot torpağın orta qiyməti 2.77% aşağı düşüb. 
 
Dekabr ayı ərzində Nərimanovda torpağın 1 sotu alıcılara daha yüksək rəqəmlə təklif olunub: 154 775 dollar.
 
Bakı şəhəri rayonları üzrə qiymət azalması ən çox Binəqədi, Sabunçu və Səbail rayonlarında qeydə alınıb, müvafiq olaraq - 6,51%, - 7,44% və - 5,46%.
 
Qeyd etmək lazımdır ki, ümumilikdə torpaq bazarında qiymət azalması olmasına baxmayaraq, Abşeron rayonunda torpağın qiymətində artım qeydə alınıb. Bunu mərkəzi rayonlarda torpaq qıtlığının yaranması ilə izah etmək olar.
 
Ümumilikdə nəzərə alsaq ki, əhali arasında fərdi yaşayış evlərinə üstünlük verənlərin sayı artır, o zaman, mərkəzdən kənar rayonlarda torpaq sahələrinin qiymətinin artmasını bazara uyğun hesab etmək olar. Son dekabr ayı üçün torpaq bazarında Abşeron rayonu istisna olmaqla, digər rayonlarda passivlik müşahidə edilib. Ən passiv rayonlar şəhərin I və II zonalarında yerləşən rayonlar olub. Qiymətlərin və torpağa olan tələbin azalmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda azalma müşahidə olunub.
 
Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Yasamal rayonunda, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Perekeşkül qəsəbəsində qеydə alınıb, müvafiq olaraq 290 000 dollar/sot. və 510 dollar /sot.

Google+ WhatsApp ok.ru