Bakı sakinləri bank kreditlərini hansı məqsədlər üçün götürürlər?

Bakı sakinləri bank kreditlərini hansı məqsədlər üçün götürürlər?

 
“ACT Azərbaycan” 11-14 sentyabr tarixlərində Bakı şəhərində Bakı sakinlərinin hansı məqsədlərlə kommersiya banklarından kredit götürdüyünə dair sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik:
 
Sorğu nəticəsində məlum olub ki, rəyi soruşulan respondentlərin 37%-in banklara kredit borcu var. Onların beşdə biri (20%) krediti məhz yaşayış səviyyəsini yaxşılaşdırmaq niyyəti ilə götürdüklərini bildiriblər. Bu cavabı vermiş respondentlərin 23%-ni qadınlar, 18%-ni isə kişilər təşkil edir.
 
Təmir üçün banka üz tutanlar sorğuda 12 % təşkil edib. Eyni faiz göstəricisi (12%) kreditə müalicə almaq üçün girənlərə məxsusdur. Mənzil sahibi olmaq üçün banka üz tutanlar sorğuda 10%, məişət texnikası əldə etmək istəyənlər isə 8 % təşkil edib.
 
Hal-hazırda kredit ödəyənlərin 45%-i kişilərdir. Qadınlar kreditə çox da müsbət yanaşmır. Belə ki, rəyi soruşulan qadınların 70%-i kredit borcunun olmadığını bildirib.
 
Məlum olub ki, kredit götürənlərin 43 %-i 35-54 yaş aralığında olan şəxslərdir.
 
18-34 yaş aralığına mənsub repondentlərin 70% -i kreditdən istifadə etmədiklərini bildiriblər.
 
Maraqlısı odur ki, 18-34 (16%) və 35-54 (18%) yaş aralığında olan respondentlər krediti əsasən maddi durumlarını yaxşılaşdırmaq, 55 və çox yaşı olanlar isə sırf müalicə almaq üçün (33%) götürürlər.
 
Hal-hazırda heç bir bank krediti olmayanların cəmi 19%-i yaxın bir il ərzində kredit götürməyi düşündüyünü bildirib.
 
Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. (fins.az) /

Google+ WhatsApp ok.ru