Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub 16 Yanvar 2017 02:00 İqtisadiyyat İranın kooperasiya, əmək və sosial rifah nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib. Maide.Az “Report”-a istinadən xəbər verir ki, təməlqoyma mərasimi İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub. Layihənin tərəfdaşları "TPİCO" (İran, 49%), "Azersun Holding" (26%) və Azərbaycan İnvestisiya Şirkətidir (25%). Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı təşkil ediləcək. Birinci mərhələdə zavodun istehsal gücü ildə 200 mln.-dan çox həb və kapsula, 54 təsiredici maddə, 84 adda dərman preparatına malik olacaq. Qeyd edək ki, Əli Rəbiinin ölkəyə səfəri çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq. / Teqlər : #Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bank sistemi bu səbəbdən çökə bilər İran `Caspian Pharmed` əczaçılıq zavoduna 11 mln. dollar yatıracaq