Banklar il ərzində 700 mln manat itirib

Azərbaycan bank sisteminin məcmu kapitalı fevralın 1-i üçün 3 mlrd 591,4 mln manat təşkil edib.
 
Maide.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin əvvəli ilə müqayisədə 678,3 mln manat azdır. Dekabrın 1-i üçün kapitallaşma səviyyəsi 4 mlrd 222 mln manat olub.
 
Xatırladaq ki, bu göstəricinin rekord səviyyəsi ötən ilin 5 ayında olub – 4 mlrd 521,2 mln manat. /

Google+ WhatsApp ok.ru