Bankın İdarə Heyətinin sədri vəzifədən azad olundu

“Bank Technique” ASC-nin rəhbərliyində dəyişiklik olub.
 
Bankdan verilən məlumata əsasən, İdarə Heyətinin sədri Ülvi Mansurov öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
 
Ü. Mansurovun tutduğu vəzifədən uzaqlaşdırılmasının səbəbi açıqlanmır. Bu vəzifəyə kimin təyin olunacağı da hələlik bəlli deyil. Məlumatı gec saatlarda aldığımız üçün bankın rəsmi mövqeyini öyrənmək mümkün olmayıb.

Google+ WhatsApp ok.ru