BANK RƏHBƏRİ: `Dollar 2 manata bərabər ola bilər`

Azərbaycanda növbəti devalvasiyanın olacağı barədə söz-söhbətlər gəzir, bu rəsmi səviyyədə olmasa da, hər halda istisna edilmir.
 
"ZıraatBank Azərbaycan"ın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib ki, rəhbərlik etdiyi bank istənilən ssenariyə uyğun planlarını qurur, hər həftə riskləri qiymətləndirir və kredit verərkən lazımi addımlar atır:
 
"Azərbaycan uzun müddət sabit milli valyutaya malik oldu, yalnız bu il manatın məzənnəsi 34% zəiflədi. Bundan sonra devalvasiya olsa belə, hesab edirik ki, Azərbaycan bazarında manat ən doğru seçimdir. Tələbatdan asılı olaraq, məzənnə ilə bağlı vəziyyət dəyişə bilər, dollar bəlkə 2 manata bərabər olar, amma tədricən bazar yeni məzənnəni qəbul edəcək, hər şey sabitləşəcək. Bizim üçün əsas odur ki, müştərilərimiz götürdükləri kreditləri vaxtında, çətinlik çəkmədən ödəsinlər. Çünki ödənişlərdə gecikmə olması bank üçün ciddi problemdir". (fins.az)

Google+ WhatsApp ok.ru