Bazardan gələn siqnallar dolları bahalaşdırır 27 Oktyabr 2016 01:00 İqtisadiyyat Dolların yapon yeninə qarşı məzənnəsi təxminən 3 aylıq maksimum səviyyəsində qərarlaşıb. Xəbər verilir ki, buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin və FED-in uçot dərəcəsini artırması ilə bağlı ehtimalların artım səviyyəsinin dolları möhkəmləndirməsidir. Hazırda 1 dollar 104,48 yen təşkil edir. Avronun məzənnəsi isə 0,1% zəifləyərək 1,0902 dollar səviyyəsində qərarlaşıb. Funt sterlinq 0,2% zəifləyərək 1,2218 dollara enib. Dolların indeksi 0,06% geriləyərək 98,688 səviyyəsinə çatıb. Bu rəqəm isə çərşənbə axşamı dolların 9 aylıq maksimuma çatdığı 99,119 səviyyəsindən bir qədər aşağıdır. FED-in dekabr ayında keçirəcəyi toplantıda uçot dərəcəsini artırması ehtimalı 74%-dir. (apa) / Teqlər : #Bazardan gələn siqnallar dolları bahalaşdırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Banklarda dollar və avronun alış-satış qiymətləri – SİYAHI Abşeronda ağacları qanunsuz kəsən 146 nəfər məsuliyyətə cəlb olunub