Bir gündə `AccessBank`ın 700 əməkdaşı işdən çıxarılıb

Bir gündə `AccessBank`ın 700 əməkdaşı işdən çıxarılıb

Bank sektorunda yaranan problemlər ixtisarların sayını artırır. Xüsusilə də kütləvi ixtisarların sayı çoxalmaqdadır.
 
Ən son belə hal Azərbaycanda xarici kapital ilə fəaliyyət göstərən “AccessBank”da baş verib.
 
Son 3-4 ay ərzində rəhbər işçilər da daxil olmaqla onlarla əməkdaş öz xoşuna və ya məcburi qaydada bankı tərk etmişdilərsə, bu ayın əvvəlində, bir qərarla  bankda kütləvi ixtisar baş verib.
 
Belə ki, əsasən regionlar olmaqla, bankın 13 filialının bağlanması nəticəsində 700 nəfərə yaxın əməkdaş işsiz qalıb. Bu isə bankın heyətinin 40 faizə qədərini təşkil edir. İşdən cıxarılan əməkdaşlar əsas hissəsi kredit mütəxəssisləri və əməliyyatçılardır.
 
Eyni zamanda işdə qalan əməkdaşların əksəriyyətinin əmək haqqı 20-30 faizə qədər azaldılıb. Bütün bunlar bankda ciddi böhranın yaşanmasını göstərir. 
 
Eyni zamanda ixtisar prosesinin davam edəcəyi istisna edilmir. Həmçinin əmək haqqı azaldılan stajlı işçilər öz xoşlarına bankdan ayrılmağı düşünür. (modern.az) / 

Google+ WhatsApp ok.ru