BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsi qaldırıla bilər

Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer BMT Təhlükəsizlik Şurasında hesabatla çıxış edəcək.
 
Virtualaz.org ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, hesabat bu təşkilatla BMT arasında əməkdaşlığa həsr olunub və ənənəvi xarakter daşıyır.
 
Gözlənilir ki, Valter Ştaynmayer məruzəsinin əsas hissəsini Ukraynanın şərqindəki vəziyyətə həsr edəcək. Lakin onun Dağlıq Qarabağ, Dnestryanı bölgə və Gürcüstan ərazisindəki münaqişələrlə bağlı vəziyyətə də toxunacağı gözlənilir.
 
Formal olaraq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının gündəliyində yer almır, ancaq münaqişə zonasında gərginliyin yüksək olması, müntəzəm toqquşmalar ATƏT-i və Təhlükəsizlik Şurasının üzvlərini narahat edir.

Google+ WhatsApp ok.ru