`BP-Azerbaijan`a yeni vitse-prezident təyin edilib

"BP-Azerbaijan" şirkətində kadr dəyişikliyi baş verib.
 
Şirkətdən verilən məlumata görə, Elxan Məmmədov şirkətin neft və qaz hasilatı üzrə vitse-prezidenti təyin olunub.
 
O vəzifəsinin icrasına 2016-cı il yanvarın 1-dən başlayacaq.
 
E. Məmmədov bundan öncə "BP-Azerbaijan"ın "Azəri" yatağı üzrə əməliyyatlarının rəhbəri olub.

Google+ WhatsApp ok.ru