BP-də ixtisarlara start verilə bilər?

Neft qiymətlərinin qeyri-sabitliyi bir çox iri neft şirkətlərinin ciddi ixtisaralar aparamağa vadar edir. Eyni zamanda 100-dən yuxarı neft şirkəti də iflas olub və fəaliyyətini dayandırıb. Neft qiymətlərinin hələ də şirkətlərin rentabelli işləmələri üçün lazım olan səviyyəyə gəlib çatmaması, şirkətləri işçilәrini ixtisar etmək qovluğunu tam bağlamağa imkan vermir. Belə ki, “Shell” şirkəti özünün 2,2 min işçisini ixtisar edəcək. “Shell” son 1 il ərzində 12500 nəfəri ixtisar edib. Ölkədə fəaliyyət göstərən və bir çox iri layihələrin işlənməsində aktiv iş görən BP də müəyyən qədər ixtisarlar aparıb. Amma bəzi ekspertlərin fikrincə BP-dә yeni ixtisarlar da gözlənilә bilәr.
 
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, BP-də bir müddәt әvvәl aparılan ixtisarlar vaxtı tәzminatın verilməsində ədalətsizliyə yol verilib: “Hələ ki, yanvar ayından bu tərəfə kütləvi ixtisarlarla bağlı məlumtlar almamışıq. Bəzi şirkətlər işçilərin ixtisarı mövzusunu gündəmə gətirməmək üçün işçilərlə müvəqqəti müqavilələr bağlayır. Belə ki, müqavilə müddəti başa çatdıqdan sonra, onlarla yeni müqavilə bağlanmır və bu da ixtisar sayılmır. Məlum olduğu kimi, 2015-ci ildə BP ixtisarlar apardı, amma hәmin ixtisarlar o qədər də təşviş yaratmadı, çünki BP normal tәzminat verdi. Amma təəssüflər olsun ki, şirkətdə tәzminatın verilməsində ədalətsizliyə yol verilib, biz dә bu məsələ ilə əlaqədar ARDNŞ-a müraciət etmişik. Hələ ki, bu gün ciddi şəkildə ixtisarlar aparılmır. BP-nin illik hesabatları aprel ayında gedir. Bu baxımdan yeni ixtisarlarla bağlı aprel hesabatından sonra qərar verilə bilər. BP-də ixtisarların olub-olmayacağı yaxın gələcəkdə müəyyən ediləcək. Ümumiyyətlə isə BP-də ixtisarlara yenidən start verilə bilər. Çünki BP özəl şirkətdir vә şirkətin qazancı işçilərin sayına bağlı olan məsələdir. Amma bir mәsәlә dəqiqdir ki, BP layihələrdə ixtisarlar aparmayacaq vә “Şahdəniz” və bu kimi layihələrdə çalışan işçilərin sayını azaltmayacaq. Belә ki, layihəyә sərmayə qoyularkən, orada çalışacaq işçilərin sayı öncәdәn hesablanıb. Əgər BP-də ixtisarlar edilsə, Bakı ofisində edilə bilər” (deyerler.org)
 

 

Google+ WhatsApp ok.ru