BP-nin baş icraçı direktoru: `Neftin qiyməti uzun müddət 100 dollara çatmayacaq`

Dünya bazarında neftin qiyməti hələ uzun müddət 100 dollar/barel səviyyəsinə çatmayacaq. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BP şirkətinin baş icraçı direktoru Robert Dadli bildirib.
R.Dadli qeyd edib ki, neftin bir barelinin 115 dollardan 20 dollar səviyyəsində düşməsi "insafsızlıqdır".
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 10:50 vəziyyətinə dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 28,22 dollar, "Brent"in isə 27,81 dollara bərabərdir.

Google+ WhatsApp ok.ru