BP bu gün “Qərbi Azəri” yatağında hasilatı dayandırıb

“ВР-Azerbaijan” (Azəri-Çıraq-Günəşli blokunun işlənməsinin operatoru) şirkəti profilaktik işlərlə bağlı “Qərbi Azəri” yatağında hasilatı dayandırıb. Bu barədə Turan-a şirkətdə məlumat veriblər. 
 
“Bu, palnlı xarakter daşıyır və illik prqoramın tərkib hissəsidir. bağlı “Qərbi Azəri” yatağında hasilat profilaktik, təftiş və layihə işləri ilə bağlı 22 gün dayanacaq. Bu işləri yalnız hasilatı dayandırmaqla həyata keçirmək olar”, - ВР-nin mətbuat xidməti bildirib.
 
Qeyd edək ki, “Qərbi Azəri” yatağında sutkalıq hasilat I rübdə 129 min barrel olub.
 
“Qərbi Azəri” yatağında neft 30 dekabr 2005-ci ildən çıxarılır.

Google+ WhatsApp ok.ru