BP şirkətinin gəlirləri kəskin azalıb

Böyük Britaniyanın BP şirkətinin 2015-ci ildə gəliri 5,9 mlrd. dollar təşkil edib ki, bu da 2014-cü ilə (12,1 mlrd. dollar) nisbətən 51% azdır.
"Report" xəbər verir ki, bu, BP şirkətinin ötən ilin yekunları ilə bağlı məlumatında qeyd olunub.
Ötən ilin sonuncu rübündə isə bu göstərici 196 mln. dollar təşkil edib ki, bu da 2014-cü ilin sonuncu rübündən (2,2 mlrd. dollar) 91% azdır.
Məlumatda qeyd olunub ki, 2016-cı ildə şirkətin 4 min, 2017-ci ilin sonuna kimi isə 3 minə qədər əməkdaşının ixtisar olunacağı gözlənilir.

Google+ WhatsApp ok.ru