Brent markalı neft 48 dollara satılır

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 48,10 dollar olub.
 
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 47,89 dollar təşkil edib.
 
Qeyd edək ki, şənbə günü hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 48,53 və 48,14 dollar təşkil etmişdi.  /

Google+ WhatsApp ok.ru