Brent markalı neftin 1 bareli 61 dollar olub

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.85 dollar bahalaşaraq 1 barelə görə 56.81 dollar təşkil edib.
 
Maide.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,81 dollar artaraq 61.27 dollar olub.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,15 dollar bahalaşaraq 61,41 dollar təşkil edib.
 

Google+ WhatsApp ok.ru