Britaniyada müsəlman bankı adını dəyişdi

İngiltərədə mövcud olan yeganə müsəlman bankı - İslamic Bank of Britain (İBB) elan edib ki, səhmdarların rəsmi razılığını əldə edib və bundan sonra bank "Al Rayan Bank" adı ilə fəaliyyət göstərəcək. 
 
Maide.az xəbər verir ki, bankın adını dəyişməsi, fəaliyyətlərində yeni səhifə açmalarını göstərir. Artıq o, Qətərdə mövcud olan "Masraf Al Rayan" adlı bankın Avropadakı nümayəndəliyidir. 
 
Qeyd etmək lazımdır ki, Al Rayan Bankın fəaliyyəti Müstəqil Şəriət Monitorinq Komitəsinin və fəaliyyətinin İslam qanunlarına uyğun olmasını yoxlayan xüsusi nizamnamə rəhbərinin nəzarəti altında olacaq. /

Google+ WhatsApp ok.ru