BVF Azərbaycanda ərzaq inflyasiyasında 7,9% artım proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üçün dünya iqtisadiyyatı üzrə (World Economic Outlook, WEO) oktyabr ayına olan proqnozunu açıqlayıb. Hesabatda deyilir ki, dekabrın sonu üçün Azərbaycanda istehlak inflyasiyası 7,9% (hökumət maksimum 4,4% vəd edir) olacaq.
 
Fondun proqnozlarına əsasən, 2015-ci ildə Azərbaycanda orta illik inflyasiya 5% (iyun ayına olan proqnoz 8,5%), 2016-cı ildə 4,2% (iyun ayına olan proqnoz 6,2%), 2020-ci ildə 4,5% (aprel ayına olan proqnoz 4%) təşkil edəcək.
 
ÜDM artımı 4% (iyun proqnozu 1,8%) olacaq. Azərbaycan hökuməti bu ilin yekunları üzrə ÜDM-in artımını 3,3% səviyyəsində proqnozlaşdırır.
 
BVF 2016-cı il üçün ölkədə ÜDM-in artımının 2,5% (iyun ayının proqnozu 2,8%), 2020-ci il üçün 3,4% olacağını bildirir.
 
Fondun rəyinə görə, 2015-ci ildə Azərbaycanda tədiyyə balansının profisiti ÜDM-in 3%-ni (iyun ayı üçün proqnoz ÜDM-in 5,1%-i), 2016-cı ildə ÜDM-in 2,7%-ni (iyun ayı üçün proqnoz ÜDM-in 5,3%-i), 2020-ci ildə ÜDM-in 5,1%-i təşkil edəcək. 

Google+ WhatsApp ok.ru