Cənubi Qafqazda elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Cənubi Qafqazda elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakıda keçirilən Dayanıqlı inkişaf üçün enerji VII Beynəlxalq Forum panel müzakirələrində işini davam etdirir
 
Bu gün Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumun ikinci günündə 3 müxtəlif panel üzrə müzakirələr davam etdirilib. "Report" xəbər verir ki, enerji səmərəliliyi üzrə qrupun da iclası davam edib.
 
İşçi qrupu Azərbaycan və digər ölkələrdə enerji səmərəliliyinin təşviqi ilə bağlı müzakirələr aparıb. Həmçinin, digər panellərdə bərpa olunan enerji investisiyaları üçün siyasi islahatlar və Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda elektrik enerjisi üzrə əməkdaşlıq çağırışları və perspektivləri müzakirə mövzusu olub.
 
Müzakirələrdə Avrasiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı, BMT və başqa təşkilatlarla yanaşı Energetika Nazirliyi və Alternativ və Barpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əməkdaşları da iştirak ediblər. /

Google+ WhatsApp ok.ru