Cen Psaki azərbaycanlı girovları azad etməyə çağırdı 24 Fevral 2015 02:00 Siyasət ABŞ Dövlət Departamenti Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb. Maide.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Dövlət Departmanentinin mətbuat katibi Cen Psaki bildirib. “Bundan əvvəl biz ABŞ-ın Minsk qrupundakı səfiri Ceyms Uorlikin vasitəsilə hər iki girovun Azərbaycan hökumətinə geri qaytarılmasını dəstəkləmişik. Ümumilikdə keçmişdə tərəflər humanitar jest olaraq girovların qaytarılmasında yol tapıblar və bu kimi hallar tərəflər arasında gərginliyin azalmasında və inamın qurulmasında özünü göstərib”, - deyə C.Psaki bildirib. Xatırladaq ki, bu yaxınlarda Azərbaycanda və Ermənistanda səfərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ermənistanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırmışdı. Teqlər : #Cen Psaki azərbaycanlı girovları azad etməyə çağırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa İttifaqının insan haqları üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayır
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video