Ceyms Uorlik tvit yazdı

Həmsədrlər Məmmədyarov və Nalbandyanla görüşəcəklər

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bugün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
 
Həmsədr bu barədə öz Twitter səhifəsində qeyd edib. 
 
ABŞ-dan olan həmsədr bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmək və Dağlıq Qarabağ münaqişəsində sülhə nail olunmasını müzakirə etmək üçün Brüsselə gedib. "Biz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmağa çalışırıq".
 
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə həmsədrin görüşü Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində baş tutacaq. 

Google+ WhatsApp ok.ru