Daha iki bank ləğv edildi

Azərbaycan Mərkəzi Bankı daha iki bankın lisenziyasını ləğv edib. Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi qərarla “United Kredit Bank” ASC və “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.
 
Adı çəkilən banklar məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə lisenziyaları ləğv olunur. 
 
Mərkəzi Bank “NBCBank” ASC və “United Kredit Bank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişinin həyata keçiriləcəyini bildirir./

Google+ WhatsApp ok.ru