Daha çox gəlirə qurban verilən tikintilər

Daha çox gəlirə qurban verilən tikintilər

“Exo” qəzeti “Azərbaycanda “uzunömürlü” tikintilər” sərlövhəli məqalədə
 
ölkədə uzun müddət tikintisi gedən obyektlərin başa çatmamasının səbəblərini dəyərləndirir:
 
“Daha geniş yayılan səbəb maliyyələşdirilmə qıtlığıdır. Bu ya investorların savadsız maliyyələşdirmə siyasətindən irəli gəlir, ya da bazardakı konyukturanın ortaya çıxardığı dəyişikliklərin nəticəsidir. İnvestor obyekti tikmək üçün layihələndirmə işi aparır , məlum olur ki, tikinti seqmentində ciddi bahalaşmalr baş verib və investor obyektin tikintisini dayandırmağı təklif edir və beləliklə uzun ömürlü tikintilər ortaya çıxır”. Bunu qəzetə ekspert Rəşad Əliyev şərh edir.
 
R.Əliyevə görə, gecikmələr daha çox gəlir əldə edə bilmək üçün investorun layihə sənədlərinin tələblərini pozması ilə də bağlı ola bilər.
 
Ekspert bu düşüncədədir ki, yarımçıq tikintilər məsələsni havadan asılı durumda saxlamaq olmaz, tikinti şirkəti inşaatı davam etdirə bilmirsə, ya könüllü, ya məcburi bunu başqasına təhvil verməlidir.
 
R.Əliyev tikinti başa çatmayan binalarda insanların yaşamasının da gözardı etməyi doğru saymır :
 
“Bu insanlara kompensasiya ödənməlidir, çünki, onlar tikinti şirkətinin təqsiri ucbatından zərərəçəkən duruma düşüblər”. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru