ÜDM nominal ifadədə 9% azalıb

Maide.az xəbər verir ki, Dövlət Statistika Komitəsi bu ilin beş ayı üçün əsas makroiqtisadi göstəriciləri açıqlayıb. Göstəricilərə əsasən Azərbaycan iqtisadiyyatında ümumi daxil məhsul (ÜDM) 21 mlrd. 344,3 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin həmin dövrü ilə müqayisədə 5,3% çoxdur. Qeyd edək ki, mövcud qiymətlərdə ÜDM-in həcmi 2,1 mlrd. manata yaxın və ya 9% azalıb ki, bu da adambaşına düşən ÜDM istehsalına təsir gösərir.
 
DSK-nın məlumatına görə, qeyri-neft sektorunda 14,1 mlrd. manat istehsal edilib ki, müqayisəli qiymətlərdə əlavə dəyər ötən ilin beş ayında olduğundan 7,6% çoxdur.
 
Neft sektorunda ÜDM istehsalı istehsalı 2,3%. artıb. ÜDM strukturunda qeyri-neft sektorunun payı 66,1%-ə çatıb ki, bu da 2014-cü ilin yanvar-may aylarında olduğundan 11,4%-lik bənd çoxdur.
 
Qeyd edək ki, 2014-cü ildə ÜDM istehsalında özəl sektorun payı 81,9% təşkil edib.

Google+ WhatsApp ok.ru