Dünya Bankı neft proqnozunu 51 dollardan 37 dollara saldı

Dünya Bankı, 2016-ci ilə dair xam neftin qiyməti proqnozunu 51 dolardan 37 dollara salıb.
 
“Marja” xəbər verir ki. Dünya Bankının hər üç aydan bir çap olunan “Əmtəə Bazarları Mənzərəsi Hesabtının” 2016-cı ilin Yanvar sayında, inkişaf edən iqtisadiyyatlarda davam edən yavaşlama, İranın ixraca gözləniləndən daha əvvəl başlaya biləcəyi, ABŞ-ın neft istehsalçılarının müqavimətini qoruması və mülayim keçən qış mövsümü ilə əlaqədar tələbin azalması ilə xam neft qiymətlərinin düşməyə davam etdiyi ifadə edilib.
 
Hesabatda, 2015-ci ildə 47% geriləyən xam neft qiymətlərinin 2016-da daha 27% düşəcəyi qeyd edilib və neftin barelinin orta qiymət proqnozu 51 dollardan 37 dollara endirilib.
 
Hesabatın baş müəllifi, Dünya Bankının stajlı iqtisadçısı Con Baffes, “Aşağı neft və əmtəə qiymətləri, yəqin ki, bir müddət bizimlə olacaq” – deyib
 
Dünya Bankı, eyni zamanda digər əmtəə məhsullarına dair də qiymət gözləntilərini dəyişib. Başda Çin olmaqla, inkişaf edən bazar iqtisadiyyatı ölkələrində zəifləmənin əmtəə qiymətlərinə təzyiq etdiyi qeyd edilən hesabata görə, 46 maldan 36-sının 2016-ya dair qiymət proqnozu aşağı salınıb.
 
Dünya Bankının İnkişaf Gözləntiləri Qrupunun direktoru Ayxan Köse məsələyə dair açıqlamasında “Aşağı əmtəə qiymətləri iki uclu qılınc kimidir, idxalçı ölkələrdəki istehlakçılara fayda təmin edərkən, ixracatçı ölkələrdəki istehsalçılar zərər görürlər” qiymətləndirməsini edib.

Google+ WhatsApp ok.ru