Dünya birjalarında neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,89 dollar artaraq 31,24 dollar təşkil edib.
 
Maide.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,37 dollar artaraq 34,87 dollar olub.

Google+ WhatsApp ok.ru