Dünya birjalarında neftin qiyməti 03 Fevral 2015 02:00 İqtisadiyyat Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında WTI markalı neftin bir barrelinin qiyməti 1,33 dollar qalxaraq 49,57 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,76 dollar bahalaşaraq 54,75 dollar olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 4,54 dollar artaraq 55,43 dollar təşkil edib. Teqlər : #Dünya birjalarında neftin qiyməti , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı şəhəri Vergilər Departamenti ləğv edilib BP rəhbəri proqnoz verdi: Neftin qiyməti aşağı səviyyədə qalacaq