Doing Business – 2016 : Azərbaycan yerində sayıb

Azərbaycan hesabatda 10 indikatordan 4 üzrə irəliləyiş göstərsə də, 5-də isə geriləmə edib. Ən çox irəliləyiş “Tikintiyə icazələrin verilməsi” indikatorunda (24 pillə) olub. Ən çox azalma isə “Elektrik təchizatına qoşulma”  indikatorunda (6 pillə) olub.

Hesabatda indikatorlar üzrə rəqəmlərin azalması reytinqin artığını göstərir

Oktyabrın 27-də yayılan sənədə görə Azərbaycanda yeni biznesin yaradılmasına 3 gün vaxt və 2 proseduru keçmək lazımdır.

Sahələr üzrə ən çətini tikintidir. Dünya Bankı Qrupunun hazırladığı bu hesabata görə Azərbaycanda tikintiyə icazə almaq üçün 18 proseduru keçmək və bir çox hallarda 203 gün gözləmək lazım olur.

Hesabatın “Biznesin səmərəliləşdirilməsi” başlıqlı hissəsində deyilir ki, bütün regionlarda ölkələr bizneslərin qeydiyyata alınması prosedurlarının səmərəliləşdirilməsini davam etdiriblər.

Hesabatda Azərbaycanın qonşuları kimdir

2014/15-ci illərdə dünyanın 45 iqtisadiyyatı biznes başlamaq üçü lazım olan prosedurları, vaxtı və xərcləri azaltmağa nail olub. Bəziləri bunun üçün lazım olan minimal kapitalın məbləğini azaltmaq, yaxud ləğv etməklə buna nail olublar. Bəziləri isə biznesə başlamaq üçün şirkətin korporativ möhürünün olması tələbini aradan qaldırıblar. Bu qrupa Azərbaycan, Honq Konq, CAR, Çin və Qazaxstan daxildir.

Biznesə başlama sahəsində islahatlar bununla məhdudlaşmayıb. Biznesə başlama müddəti ötən il daha da azaldılaraq 5 gündən 3 günə endirilib ki, bu da Norveçlə müqayisədə daha azdır.

İndikatorlar

DB 2016  Reytinq

DB 2015 Reytinq

Dəyişmə

Biznesə başlama

7

11

+ 4

Tikintiyə icazələrin verilməsi

114

138

+ 24

Elektrik təchizatına qoşulma 

110

104

- 6

Mülkiyyətin qeydiyyatı

22

21

- 1

Kreditə çıxış

109

105

- 4

Kiçik səhmdarların müdafiəsi

36

54

+ 18

Vergilərin ödənilməsi

34

33

-1

 Sərhədlərarası ticarət

94

93

- 1

Müqavilələrin icrasının təmin edilməsi

40

40

0

Müflisləşmə prosesi

84

85

+1

 

 

Google+ WhatsApp ok.ru