Dollar ajiotajının səbəbi

Dollar ajiotajının səbəbi

“Azadlıqinfo” saytı “Bazarda növbəti dollar ajiotajı” sərlövhəli məqalədə ölkənin maliyyə sektorunda durumu ekspert Samir Əliyevlə müzakirə edir.
 
Müəllif son vaxtlar Mərkəzi Bankın valyuta hərraclarında dolların bahalaşması tendensiyasına diqqət çəkir və bankların da buna uyğun addımlar atdığını bildirir. Deyir ki, bəzi bank dollarlar satışına tətbiq etdiyi limiti dəfələrlə azaldıb. Oktyabrın 28-də “Bank Respublika” satış limitini 5 min dollardan 300 dollara, “Unibank” 5 min dollardan 500 dollara endirilb. “Azərbaycan Sənaye Bankı” limiti 1000 dollardan 500 dollara endirib, “Bank Silk Way” in baş ofisində 1000 dollar, filiallarda isə cəmi 500 dollar satılır.
 
 
Maliyyə sektorundakı prosesi şərh edən ekspert Samir Əliyev deyir ki, baş verənlərin arxasında fundamental məsələlər durur. O, hesab edir ki, bunun əsas səbəblərindən biri ölkəyə gələn dolların həcminin ölkəni tərk edən dollar həcmindən dəfələrlə az olmasıdır:
 
«Neft Fondu və Mərkəzi Bank hərraclar vasitəsilə dollara olan tələbatı ödəməyə çalışır. Amma bu çıxış yolu deyil. Eyni zamanda dolların qiyməti ilə bağlı güclü spekulyasiya da var”.
 
Ekspertə görə, “qara bazar”ın qarşısı yalnız müəyyən dərəcədə alına bilir. SƏliyev deyir ki, dünyanın bütün ölkələrində bazarda spekulyasiya yaradanlar olur. Onlar əvvəlcə dolları ucuzlaşdırırlar, sonra isə bahalaşdıraraq satırlar, elə bununla da qazanırlar.
 

Google+ WhatsApp ok.ru