Dollar bir azda bahalaşdı

 Maide.Az-a verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının iyunun 9-na rəsmi məzənnəsini 1,5084  AZN/USD səviyyəsində müəyyən edib.

Bu bir gün əvvəlki məzənnə ilə müqayisədə manatın 0,20 faiz ucuzlaşması deməkdir.

İyunun 8-i bir dollar 1, 5054 manat olmuşdu. Artıq 2-ci həftədir ki, manat dollara nisbətdə ucuzlaşır.

Halbuki, son aylar manat möhkəmlənməkdə idi. Azərbaycanda ötən il dekabrın 21-də baş verən son devalvasiyada bir dollar 1 manat 55 qəpik olmuşdu.

 

Google+ WhatsApp ok.ru