Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

 
Sentyabr ayının 16-da Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Amrahbank”-dır. Fins.az xəbər verir ki,  bu bank Amerika valyutasını 1.6450 manata alır.
 
Dollar qiymətləri 
Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank” dır. Bu bankda alış qiyməti 1. 5716 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank BTB”  və “Naxçıvanbank”dadır. Bu banklar dolları 1.6550 manata satır.Dolların ən yüksək satış qiyməti isə 1.7025 manatdır.“Azərbaycan Beynəlxalq Bankı”  dolları bu məzənnə ilə satır.
 
Avro qiymətləri 
Avronu ən baha  “Bank BTB”  alır–1.8300 manat.Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank (Azərbaycan)”dır-1.7500 manat.Avronu ən ucuz “Unibank”  satır-1.8481 manat. Avronun ən baha satış qiyməti 1.9023 manat təşkil edir. “Azərbaycan Beynəlxalq Bankı” avronu  bu məzənnə ilə satır. /

Google+ WhatsApp ok.ru