Dollar satışına limit qoyuldu – MƏBLƏĞLƏR

Dollar satışına limit qoyuldu – MƏBLƏĞLƏR

Azərbaycanda dollar ətrafında  baş verən ajiotajdan sonra bəzi banklar dollar satışını ümumiyyətlə dayandırıb, bəziləri isə limitlə satmağa başlayıblar.  
 
Fins.az xəbər verir ki, «DəmirBank» hər bir müştəriyə maksimum 200-300 dollar sata bilir. Bankdan bildirilib ki, dollar dəyişmək istəyən müştəri özə ilə şəxsiyyət vəsiqəsini də gətirməlidir. 
 
«Turanbank»da isə müştəri şəxsiyyət vəsiqəsi təqdim etməklə maksimum 500 dollar ala bilər. 
 
«Bank Respublika» isə 4 gündür ki, dollar dəyişdirilməsini dayandırıb. 
 
Qeyd edək ki, Mərkəzi Bankın iyunun 28-nə təyin etdiyi dolların məzənnəsi  1,5332 manat olsa da, banklarda dolların satışı məzənnəsi çox yüksəkdir. Əksər banklar dolları 1,5900 manatdan başlayaraq dəyişir.
 

Google+ WhatsApp ok.ru